Advertisement

Oman XİN rəhbəri iranlı həmkarı ilə görüşdə bölgədə gərginliyin azaldılmasına çağırıb

Bakı. Trend:

Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi
iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə bölgədə
gərginliyin azaldılmasına çağırıb.

Trend-in məlumatına görə, bu barədə Omanın informasiya agentliyi
xəbər verib.

“Biz regionda gərginliyin azaldılmasına, eləcə də müxtəlif
problemlərin və münaqişələrin həllinə yönəlmiş səyləri
dəstəkləyirik. Biz ağılın səsinin qalib gəlməsinin tərəfdarıyıq.
Fələstin məsələsi həll etməyə çalışdığımız əsas məsələdir”, – deyə
o bildirib.