Advertisement

Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində IV turun oyunları
keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan
turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Fransa
təmsilçisi Alireza Firuzya ilə qarşılaşıb.

Təmsilçimiz ağ fiqurlarla oynayıb. Rəqiblər 64-cü gedişdə
heç-heçəyə razılaşıblar. Bununla da üçüncü sülhünə imza atan Nicat
xal hesabını 1,5-ə çatdırıb.

İddiaçılar Turniri
IV tur, 7 aprel

Nicat Abasov – Alireza Firuzya – 0,5:0,5
Hikaru Nakamura – Rameşbabu Praqnanandja – 0,5:0,5
Yan Nepomnyaşi – Vidit Santoş Qujrati – 1:0
Fabiano Karuana – Dommaradju Qukeş – 0,5:0,5

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) – 3, 2.
Dommaradju Qukeş (Hindistan) – 2,5, 3. Fabiano Karuana (ABŞ) – 2,5,
4. Rameşbabu Praqnanandja (Hindistan) – 2, 5-7. Alireza Firuzya
(Fransa) – 1, Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 1,
8. Vidit Santoş Qujrati (Hindistan) – 1,5.

Qeyd edək ki, IV turdan sonra yarışda bir gün fasilə olacaq. V
tur aprelin 9-da keçiriləcək.