
Bakı. Trend:
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu
gün saat 11:00-da başa çatacaq.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət
göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron
formada həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq
müraciət edə bilərlər.





























