Advertisement

Bu şəxslərə verilən müavinət dayandırılıb

Bakı. Trend:

Ötən il məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə
təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün
tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə
başlanılıb.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası
Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da
qeyd olunub.

Hesabatda qeyd edilir ki, 11530 nəfər, o cümlədən, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun
xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq
müavinətin ödənişi dayandırılıb.