
Bakı. Trend:
2023-cü il üzrə dövlət qurumlarında maliyyə uyğunsuzluğu
nəticəsində 60,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin
müvafiq qaydada pul və natura şəklində bərpası, eləcə də
əvəzləşdirilməsi istiqamətində Hesablama Palatası Kollegiyası
tərəfindən təkliflər verilib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının
2023-cü il üzrə hesabatında deyilir.
Qeyd edilir ki, 28,8 mln. manat məbləğində hesablanmış büdcəyə
zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması
fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası
istiqamətində tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin bir
qisminin dayandırılması barədə qərar verilib.
13,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərər üzrə
cinayət tərkibli əlamətlərinin ehtimal olunması ilə əlaqədar
müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.





























