Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın
“PASHA Private Banking” ofisində mədəniyyəti və irsimizi simvolizə
edən böyük incəsənət sərgisinin əsərləri yenilənmişdir.
Sərgidə yerli rəssamlar Təranə Səid, Tahir Şıxəliyev, Lyubov Mir
Cavadova, Anar Hüseynzadə, Emin Əsgərov, Arif Ələskərov, Cavid
Məmmədov, Natiq Fərəcullayev, Mir Azər Abdullayev və Rafail
Əliyevin əsərləri yer alır.
“PASHA Private Banking”in öz müştəriləri üçün təşkil etdiyi
sərgi ən müasir bank xidmətlərindən faydalanmaq imkanı ilə yanaşı,
həm də istedadlı rəssamların əsərlərindən zövq almaq və
müəlliflərlə ünsiyyətdə olmaq fürsəti verir. Əlavə olaraq, “PASHA
Private Banking” müştərilərinə sərgidə bəyəndikləri sənət
əsərlərini almaq imkanı da yaradır.
Fərqli üslubda işlənən bu sənət
əsərləri həm ilham mənbəyi, həm də perspektivli investisiya fürsəti
kimi müştərilərə təqdim olunur. İncəsənət məsləhətçilərinin
tövsiyəsi ilə seçilən kolleksiya, gəlirlilik potensialı olan
alternativ investisiyalar üçün əlverişli imkanlar təqdim edir.
Sərgi mütəmadi olaraq təşkil olunur. Əsərlərlə tanış olmaq və ya
əldə etmək üçün müştərilər Yusif Məmmədəliyev 15 ünvanında yerləşən
“PASHA Private Banking” ofisinə yaxınlaşa bilərlər.
Qeyd edək ki, 2010-cu ildə
fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında
yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər
ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən
yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı
investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında
fərqləndirilib.
“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli
müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və
xüsusi üstünlüklərdən yararlanmaq üçün “PASHA Private Banking”
veb-səhifəsinə keçid edin və ya *1230 nömrəsi ilə əlaqə
saxlaya bilərsiniz.
































