Advertisement

Ər-arvad evdən ölü tapıldı – Trend.Az

Bakı. Trend:

Cəlilabadda ər-arvad evdən ölü tapılıb.

Trend xəbər verir ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş
İxtiyar oğlu və arvadı 1977-ci il təvəllüdlü Şikarova Mehparə
Cahangir qızının meyiti Cəlilabad şəhərində yaşadıqları evdə aşkar
edilib.

Meyitlərə baxış zamanı meyitlərin çürüməyə məruz qalması,
üzərlərində hər hansı xəsarətlərin olmadığı müəyyən edilib.

Hadisə yerinə baxış zamanı isə evə gələn qaz xəttinin açıq
vəziyyətdə olması aşkar edilib.