Advertisement

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə ötən
həftəyə olan məlumat açıqlanıb.


Trend
ANAMA-ya istinadən xəbər verir ki, azad olunan ərazilərdə
2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada
əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib.

Həmçinin, 1576 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) həyata keçirib.