
Bakı. Trend:
İstanbul Beynəlxalq Hava Limanı dünyada elektrik enerjisinə olan
ehtiyacını tamamilə günəş enerjisi hesabına qarşılayacaq ilk
aeroport olacaq.
Trend hava limanının operatoru İGA-ya istinadən xəbər verir ki,
bu aeroportun istismarı üçün lazım olan bütün enerji Eskişehir
vilayətində tikilən günəş elektrik stansiyasında (GES) istehsal
olunacaq.
Eskişehirdə yeni günəş elektrik stansiyasının gücü 199,32 MVt,
məhsuldarlığı isə ildə 340 milyon kilovat/saata çatacaq. Dəyəri 212
milyon avro olan günəş elektrik stansiyasının istismara verilməsi
bu ilin sonuna planlaşdırılır.
İGA qeyd edib ki, günəş enerjisi istehlakına keçid atmosferə
emissiyaları minimuma endirəcək və 2050-ci ilə qədər bu rəqəm
sıfıra çatacaq.





























