Advertisement

Gəncə Apellyasiya Məhkəməsinin yeni sədri kimdir? – DOSYE

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Əli Gəncə
Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

xəbər verir ki, Toğrul Əli bu təyinatadək Yevlax Rayon
Məhkəməsinin sədri olub.

Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli 1973-cü ildə Bərdə
rayonunda anadan olub. O, 1996 Bakı Dövlət Universiteti (BDU) Hüquq
fakültəsini bitirib.

2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin
hakimi, 2008- 2010-cu illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin
hakimi, 2010-2012-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi,
2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsində çalışıb.

Toğrul Əli 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin sədri təyin
olunub.