Advertisement

Rusiya İstintaq Komitəsi “Crocus”da terror aktını törədənlərin Ukraynanın xüsusi xidmət orqanları ilə əlaqələrini aşkarlayıb

Bakı. Trend:

Rusiya Federasiyasının İstintaq Komitəsi “Crocus City Hall”da
terror aktını törədənlərin Ukraynanın xüsusi xidmət orqanları ilə
əlaqələrindən xəbər verə biləcək mühüm məlumatlar əldə edib.

Trend bu
barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bir neçə gün öncə Rusiya İstintaq Komitəsi terror
aktını törətməkdə ittiham olunanların mobil telefonlarındakı
məlumatları dərc edib. İstintaq Komitəsi terror aktı ilə xüsusi
əməliyyatın keçirilməsi arasında əlaqənin ola biləcəyini qeyd
edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun