
Bakı. Trend:
Ermənistanda hərbi kursant Aykaz Barseqyanın ölümündə ittiham
olunan 4 nəfərin cəzası ağırlaşdırılıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistan Hərbi Prokurluğu məlumat yayıb.
Məlumata görə, sözügedən şəxslər 18 il müddətinə azadlıqdan
məhrum edilib.
Qeyd edək ki, Barseqyan 2015-ci il yanvarın 29-da hərbi hissənin
yataq otağında xüsusi amansızlıqla qətlə yetirilib. Qətli
törətməkdə təqsirli bilinən şəxslər barəsində o zaman 15 il
müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.





























