Advertisement

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa edib

Bakı. Trend:

Rusiyanın “Azimut” Hava Yolları şirkəti Həştərxandan Azərbaycana
birbaşa müntəzəm reysləri bərpa edib.

Trend xəbər verir ki, bu
barədə hava limanının Mətbuat Xidməti məlumat yayıb.

“Bakıya uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı
günləri yerinə yetiriləcək: Həştərxana eniş – 08:35, Bakıya uçuş –
09:35. Bir istiqamətdə səyahət vaxtı – 1 saat 30 dəqiqədir”, –
məlumatda bildirilir.

Biletlərin artıq satışda olduğu vurğulanıb.

Qeyd edək ki, fevral ayında şirkət səbəb göstərmədən
Həştərxandan Bakıya birbaşa uçuşları dayandırmışdı.

Bundan əvvəl Rusiyanın “Ural Hava Yolları” şirkətinin Jukovski
hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm
birbaşa reysləri bərpa edəcəyini xəbər vermişdik.