
Bakı. Trend:
İspaniyada daşınmaz əmlaka böyük sərmayə qoyan əcnəbilərə
yaşamaq hüququ verən “Qızıl viza” proqramı ləğv ediləcək.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançez
jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, proqram İspan daşınmaz əmlakına ən azı 500.000
avro (541.250 ABŞ dolları) sərmayə qoyan qeyri-Aİ vətəndaşlarına üç
il ərzində ölkədə yaşamaq və işləmək üçün xüsusi icazə verir.





























