
Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeni beynəlxalq hava
limanı tikiləcək.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli
Kobaxidze deyib.
Onun sözlərinə görə, mövcud hava limanının genişləndirilməsi 900
milyon dollara, yenisinin tikintisi isə 1.2 milyard dollara başa
gələcək. Genişləndirmə gələcək inkişaf perspektivləri olmadan
tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19
milyon sərnişinə çatdıracaq.
“Mövcud hava limanının tutumu illik təxminən 4-4.5 milyon
sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var,
ziyarətçilərin yüksək artımı gözlənilir ki, bu da infrastruktur
sayəsində asanlaşdırılmalıdır. Bizim iki variantımız var idi –
mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini
tikmək. Tbilisi bir neçə ilə tamamilə yeni, ultramüasir hava
limanına sahib olacaq”, – deyə Kobaxidze bildirib.





























