Advertisement

Bakıda polis silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib

Bakı. Trend:

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız
davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hadisə tabel
silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü
polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Araşdırma aparılır.