Advertisement

Beyləqanda saxlanılanlardan 5 kq narkotik və avtomat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur
Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana
aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq
silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov
tutulub. Ondan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 29
ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.