Advertisement

Cari ilin I rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib

Bakı. Trend:

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri
sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün
müraciət ediblər.

Bu ilin yanvar – mart aylarında KOB evlərində sahibkarlara 99
mindən çox xidmət göstərilib. Xidmətlərin 80 mindən çoxu “Bakı KOB
evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə
“Xaçmaz KOB evi”nin payına düşür.

KOB evlərində göstərilmiş xidmətlərin 91 minə yaxını dövlət
qurumları (“G2B”), 9 minə yaxını isə biznes qurumları (“B2B”)
tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox biznes
fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə
sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı,
fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması,
vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes
krediti üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq
səviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Bakı, Xaçmaz və
Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB
evlərində ümumilikdə 52 dövlət və özəl qurum tərəfindən sahibkarlıq
fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər
göstərilir. Ölkənin digər iri şəhər və rayonlarında da KOB
evlərinin yaradılması istiqamətində işlər davam etdirilir.