Advertisement

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ramazan bayramı
günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.

Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt,
telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və
teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi
üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
qurumlarına, eləcə də, mobil və telekommunikasiya operatorlarına,
internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək
problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə
gətirilib.