
Bakı. Trend:
Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Ukraynanın NATO-ya
daxil olmasının Rusiya üçün tamamilə qəbuledilməz olduğunu
deyib.
Trend xəbər
verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti
məlumat yayıb.
“Ukraynanın NATO-ya daxil olması heç bir halda bizim üçün
qəbuledilən deyil. Bu, Rusiyanın milli təhlükəsizliyi üçün
təhdiddir”, – deyə səfir bildirib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonunda Ukrayna
prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq üçün
sürətləndirilmiş qaydada müraciət edəcəyini bildirib. Bununla belə,
NATO baş katibi Yens Stoltenberq Ukraynanın münaqişə vəziyyətində
olduğu müddətcə İttifaqın tamhüquqlu üzvü ola biləcəyini istisna
edib.





























