
Bakı. Trend:
Amerikada inflyasiya göstəriciləri dərc olunacaq.
Ötən həftənin cümə günü açıqlanan məşğulluq hesabatı
FED-in faiz endirimlərini daha uzun müddətə təxirə sala biləcəyi
ehtimalını artırdıqdan sonra, ABŞ inflyasiya məlumatları cari həftə
investorlarının diqqət mərkəzində olacaq. Böyük banklar qazanc
mövsümü başlayarkən, Avropa, Kanada və Yeni Zelandiya Mərkəzi
Banklarının faiz qərarları yaxından izlaniləcək. Həmçinin geosiyasi
risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək.
ABŞ inflyasiya məlumatları
ABŞ-da mart ayı istehlak qiymətlərində inflyasiya
rəqəmləri çərşənbə günü açıqlanacaq və iqtisadçılar ərzaq və
yanacaq xərclərini nəzərə almadan baza inflyasiyanın əvvəlki aydakı
3.8%-dən illik müqayisədə 3.7%-ə enəcəyini ehtimal edirlər.
Cümə axşamı açıqlanacaq istehsal qiymətlərində isə
daha mülayim bir artım proqnozlaşdırılır.
Ötən həftənin cümə günü açıqlanan rəqəmlərin ABŞ
iqtisadiyyatının keçən ay gözləniləndən çox iş yeri yaratdığını və
maaşların sabit sürətlə artdığını göstərdikdən sonra, inflyasiyanın
tempinin də mülayim ola biləcəyi ehtimal edilir.
Güclü əmək bazarı məlumatlarının və son bir neçə ayda
inflyasiyada yavaş irəliləyişin vəhdəti FED-in yüksək səviyyəli
rəsmilərinin, o cümlədən sədr Cerome Pavelin, faiz dərəcələrini nə
vaxt endirəcəkləri ilə bağlı qərara yaxınlaşarkən “səbirli” olmaq
çağırışlarını gücləndirdi.
FED protokolları və açıqlamalar
FED çərşənbə günü mart iclasının protokollarını
açıqlayacaq, burada rəsmilər keçən ilin sonunda
proqnozlaşdırdıqlarından daha az inamla olsa da, bu il üç faiz
endirimi gözləməyə davam edirlər.
Cümə günü əmək bazarı, xüsusilə də NFP məlumatlarından
sonra, valyuta bazarları faiz dərəcələrinin azaldılması ehtimalının
üçdən ikiyə endirilməsi gözləntilərini qiymətləndirir.
Bazar iştirakçıları həm də cümə axşamı Nyu-York FED-in
sədri Con Uilyamsı dinləmək şansı əldə edəcəklər.
Xatırladaq ki, ötən həftənin cümə günü FED üzvlərindən
Mişel Bouman, inflyasiyanın zəifləməyəcəyi təqdirdə Federal
Ehtiyatlar Sisteminin yenidən dərəcələri artırmalı ola biləcəyi
barədə xəbərdarlıq edərək, uçot dərəcəsinin aşağı salınmasının
vacibliyini aşağı saldı.
Qazanc hesabatları
Böyük bankların rüblük hesabatları cümə günü qazanc
mövsümünə start verəcək.
İnvestorlar, fond bazarı rekord həddə çatdığı üçün
artan qiymətləndirmələri dəstəkləmək üçün bu il güclü korporativ
mənfəətə ümid edir.
S&P 500, 2019-cu ildən bəri ən güclü birinci rüb
performansından sonra bu günə qədər 9%-dən çox artıb. Lakin
səhmlərin bu sürətlə davam etməsi üçün bar yüksələ bilər və
şirkətlərə güclü nəticələr vermək üçün təzyiqi artırır.
İnvestorlar şirkətlərin iqtisadiyyat və inflyasiya ilə
bağlı fikirlərini də dinləyəcəklər.
“JPMorgan Chase” (JPM), “Citigroup Inc” (C) və “Wells
Fargo” (WFC) cümə günü birinci rüb üzrə gəlir hesabatlarını
açıqlayacaq. “Delta Air Lines” (DAL) və “BlackRock” (BLK) da bu
həftə rüblük hesabatlarını təqdim edəcək digər böyük adlar
arasındadır.
EUR
Avropa Mərkəzi Bankı cari həftənin cümə axşamı növbəti
iclasını keçirəcək və iyun ayında faiz azaltma dövrünə başlamazdan
əvvəl AMB-nin bu toplantıda faiz dərəcələrini sabit saxlayacağı
gözlənilir.
Bazarlar iyun ayında 25 baz bəndinin kəsilməsi
ehtimalını demək olar ki, 100% görür, buna görə də prezident
Kristin Laqardın şərhləri yaşıl işıq üçün yaxından izləniləcək.
Bir sıra siyasətçilərrəsmilər açıq şəkildə iyun ayını
ilk hərəkət tarixi kimi qeyd etdilər və son məlumatlar Avrozona
iqtisadiyyatının mart ayında gözlənilmədən 2.4%-ə düşməsi faiz
dərəcəsinin azaldılması ehtimallarını gücləndirdi.
ECB-dən başqa, çərşənbə günü Kanada və Yeni Zelandiya,
cümə günü isə Sinqapur və Cənubi Koreya mərkəzi bankları da faiz
dərəcələrində dəyişiklik gözlənilməyən iclaslar keçirəcəklər.
Ardıcıl 3-cü həftədir ucuzlaşan EURUSD məzənnəsi ötən
həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər
fonunda paritet ötən həftə bahalaşdı və həftəlik şamını 1.0840
səviyyəsində bağladı.
Təhlillərə əsasən, “Buğalar” qiyməti 1.08$
səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası
davam edə bilər.
GBP
Cari həftənin cümə axşamı günü İngiltərədə açıqlanacaq
ÜDM-in həcmi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın
gedişinə təsir edə bilər. Ötən həftəni 1.2630 səviyyəsində
tamamlayan GBPUSD məzənnəsində “buğalar” qiyməti 1.26$ səviyyəsinin
üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası ilə davam edə
bilər.
NEFT
Neft qiymətləri, Yaxın Şərqdəki geosiyasi
gərginliklər, təklifin azalması ilə bağlı narahatlıqlar və artan
tələb gözləntiləri ilə dəstəklənən keçən həftə ikinci həftəlik
qazancını qeydə aldı.
Cümə günü xam neft oktyabr ayından bəri ən yüksək
həddə qərarlaşıb. ABŞ-ın xam neft fyuçersləri (WTI) 32 sent artaraq
barreli 86.91$-a, “Brent” markalı neft isə 52 sent bahalaşaraq
91.17$-a çatıb.
Geosiyasi gərginliyin neft qiymətlərini dəstəkləməyə
davam edəcəyi görünsə də, bazarlar “OPEC”-in üçüncü ən böyük
istehsalçısı İran və İsrail arasında mümkün birbaşa münaqişənin
əlamətlərini izləyir və bu, tədarükü daha da sıxlaşdıra bilər.
XAUUSD
Artıq 6 həftədir bahalaşan qızıl ardıcıl olaraq rekord
hədlərini yeniləyir. Ötən həftəyə də artımla başlayan qızıl
həftəlik şamını 2330$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu
həftə Amerikada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri,
həmçinin FOMC-un dərc olunacaq protokolları, Avropa, Kanada, Yeni
Zellandiya mərkəzi banklarının faiz qərarları və İngiltərənin ÜDM
məlumatları fonunda qızıl qiymətlərində müşahidə olunan kəskin
bahalaşma davam edə bilər.



























