
Bakı. Trend:
Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın
Azərbaycanla qeyri-neft ticarət dövriyyəsi 671 milyon dollardan çox
dəyərdə təxminən 797 min ton təşkil edib.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına
istinadən məlumat verib.
Statistikaya əsasən, ötən İran ilində İranın Azərbaycanla
ticarət dövriyyəsi öncəki illə (21 mart 2022 -20 mart 2023)
müqayisədə dəyər baxımından 2,4% azalıb, çəki baxımından 1,6%
artıb.
Statistikada bildirilir ki, öncəki ildə İranın Azərbaycanla
ticarət dövriyyəsi 688 milyon dollar dəyərində 784 min ton təşkil
edib.
Statistikada əlavə olunur ki, qeyd olunan müddətdə İranla
Azərbaycan arasında kauçuk maddələr, kənd təsərrüfatı və ərzaq
məhsulları, neft-kimya məhsulları, sənaye məhsulları, avadanlıqlar
və sairə məhsullar mübadilə olunub.
Statistikaya əsasən, ötən İran ilinin 12-ci ayında (20 fevral
-19 mart 2024) İranın Azərbaycanla ticarət dövriyyəsi təxminən 69,4
milyon dollar dəyərində 71,1 min ton təşkil edib.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına
əsasən, ötən İran ilində İranın ticarət dövriyyəsi ümumilikdə
(idxal və ixrac) 153 milyard dollardan çox təşkil edib. Ticarət
dövriyyəsi öncəki illə müqayisədə 2,6% artıb.



























