
Beynəlxalq Sumud Donanmasında iştirak edən 10 Hollandiya vətəndaşı İsrail ordusu tərəfindən saxlanılıb.
APA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bizdə olan məlumata görə, donanmada on Hollandiya vətəndaşı iştirak edib. Onlar hazırda İsrailin Ktziot təcridxanasında saxlanılır”, – nazirliyin “X” hesabında deyilir.
Hollandiya Xarici İşlər Nazirliyi krallığın Təl-Əvivdəki səfirliyinin əməkdaşlarının artıq məhbuslara baş çəkdiyini və onlara konsulluq yardımı göstərdiyini açıqlayıb.



























