
Kiyevə “Tomahawk” raketləri verilərsə, Rusiyanın cavabı birmənalı olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bildirib.
Senator vurğulayıb ki, bundan zərər çəkən təkcə Ukrayna olmayacaq.
“Düşünürəm ki, cənab Tramp öz məsuliyyətinin miqyasını və bunun gətirə biləcəyi nəticələri dərk edir. Çox güman ki, “Tomahawk”lar Ukraynaya çatmayacaq. Bu, əsl süründürməçilik olacaq. Mübahisə etmək, sübut etmək, bir növ zəmanət tələb etmək lazım olacaq. Zəmanət olmayacaq. Ancaq bu baş versə, əlbəttə ki, bizim cavabımız birmənalı və qəti olacaq. Ümumiyyətlə, hesab edirəm ki, bundan zərər çəkən təkcə Ukrayna olmayacaq”, – Cabarov qeyd edib.



























