
Dubayda stronqmen idman növü üzrə dünya çempionatı
keçirilib.
Trend xəbər verir ki,
Azərbaycan Stronqmen Federasiyasından İdman.biz-ə verilən
məlumata görə, mundialda ölkəmizi 5 nəfərdən ibarət heyət təmsil
edib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan milli
1 medala sahib olub. Sahib Bağırov (95 kq) 25-dək rəqibi arasında
ikinci olaraq gümüş medal qazanıb.
Dünya çempionatı Azərbaycan Stronqmen Federasiyası üçün
əlamətdar olub. Federasiyanın üzvü, beynəlxalq dərəcəli hakim Camal
Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub.
Milli komandamızın digər üzvü Elnurə Bağırova ilk dəfə çıxış
etdiyi çempionatda medalın bir addımlığında dayanaraq dördüncü
olub. Avropa çempionu Nicat Hüseynov (110 kq) zədə səbəbindən
mükafatçılar sırasında yer ala bilməyib. O, yarışı səkkizinci
pillədə başa vurub.
Yığma komandamız çempionatda Azərbaycan Bodibildinq və Fitnes
Federasiyasının stronqmen idman növü üzrə vitse-prezidenti Bəxtiyar
Quliyevin rəhbərliyi altında mübarizə aparıb. Çempionatda 35
ölkədən idmançılar birincilik uğrunda yarışıb.





























