Advertisement

Fransada naməlum şəxslər məscidi atəşə tutub

Bakı. Trend:

Fransanın şimalındakı Şerburq şəhərində naməlum şəxslər məscidi
atəşə tutub.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın
fasadında güllə izləri, məscidin ətrafında isə bir neçə mərmi
gilizləri aşkar ediblər.

İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Hücum edənlərin
hansı silahdan atəş açdıqları müəyyənləşdirilir.

Naməlum hücumçular müsəlmanların Ramazan orucunun bitməsi və
Ramazan bayramının qeyd olunması ərəfəsində hücuma keçiblər. Polis
məscid ətrafında təhlükəsizliyi gücləndirib.