Advertisement

Türkiyə və Suriyanın XİN, müdafiə və kəşfiyyat qurumlarının rəhbərlərinin görüşü olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriya nümayəndə heyəti ilə görüş keçirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə Suriya xarici işlər naziri Əsəd Həsən Əl Şeybani, müdafiə naziri Murhef Əbu Kasra və kəşfiyyat qurumunun rəhbəri Hüseyn Əl Salama iştirak ediblər.

Toplantıda Türkiyə və Suriya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin regionla bağlı aktual məsələlər müzakirə olunub.