Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, tərəflər telefon danışığında əsas müzakirə mövzusu Qəzzada atəşkəs məsələsi olub.
Bundan əlavə, Şarm əl-Şeyxdə Qəzzada atəşkəslə bağlı yekun sazişinin icrası istiqamətində atılan addımlar, Rusiya–Ukrayna müharibəsi və İranın nüvə proqramı ilə bağlı regional vəziyyət də gündəmdə yer alıb.
























