Advertisement

İsveçin müdafiə naziri: Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir

Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməli və Ukraynaya hərbi yardımı artırmalıdır.

APA “RBC Ukraine” saytına istinadən xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonsson bildirib.

Onun sözlərinə görə, Kiyevə hərbi yardımın artırılması və anti-Rusiya sanksiyalarının gücləndirilməsi “sülhə aparan ən yaxşı yol”dur.

Bundan əlavə, Yonsson Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilərək Ukraynanın hərbi-sənaye kompleksinə yatırılmasını da təklif edib.