
Rusiya qüvvələri oktyabrın 17-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla genişmiqyaslı hücum həyata keçirib.
APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun “Telegram” kanalına istinadla məlumat yayıb.
Onun sözlərinə görə, şəhərdə çoxsaylı partlayışlar baş verib, hücum hələ də davam edir.
“Krivoy Roq. Kütləvi “Shaheed” hücumu. Şəhər üzərində artıq 10-dan çox partlayış və 10-dan çox “Shahedd” dronu var. Hava hücumundan müdafiə sistemi işləyir. Özünüzü və yaxınlarınızı qoruyun”, – Vilkulun paylaşımında qeyd olunub:



























