Advertisement

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir – İran XİN

Bakı. Trend:

İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına
çevrilməməlidir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər
Nazirliyinin nümayəndəsi Nasser Kənani Ermənistan-ABŞ-Aİ üçtərəfli
görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

N.Kənani Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının
vacibliyini vurğulayıb:

“İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin
genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin
bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu
baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional
strukturların, o cümlədən “3+3″ məşvərət mexanizminin
potensialından istifadə etmək lazımdır”.