Advertisement

Cənubi Koreya parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Cənubi Koreya parlament seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, Cənubi Koreya vətəndaşları aprelin
10-u Milli Assambleyanın (parlament) yeni tərkibini seçmək üçün
seçki məntəqələrinə gediəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb, vətəndaşlar
saat 18:00-a qədər səs verə biləcəklər. Onlar 300 deputat
seçəcəklər. Onlardan 254-ü birbaşa seçilir, digər 46 mandat isə
aldıqları səslərin ümumi sayına görə partiyalar arasında
bölüşdürüləcək.

Əsas mübarizə əvvəlki seçkilərdən sonra azlıq hökuməti
formalaşdıran Xalqın Gücü partiyası ilə hazırda parlamentdəki 300
yerdən 142-nə sahib olan Demokrat Partiyası arasında gedir.