Advertisement

Moldovada yaşayış evinin damına dron düşüb

Moldovanın Floreşti rayonunun Nijnie Kuqureşti kəndində dron birbaşa fərdi yaşayış evinə damına düşüb.

APA xəbər verir ki, bu barədə “NEXTA” yerli polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, sakinlər hadisə yerindən təxliyə olunub, binanın ətrafı yerli hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb. Təhlükəni qiymətləndirmək və hər hansı partlayıcı maddənin olub-olmadığını yoxlamaq üçün istehkamçı komandası hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Ukrayna tərəfi bu gün ölkənin şəhərlərinə hücum edən Rusiya ordusunun dronlarının bir neçəsinin Rumınya və Moldovanın hava sərhədini pozduqlarını bildirmişdi.