Advertisement

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb

Bakı. Trend:

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu
məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Trend-in
məlumatına görə, bu barədə “Figaro” qəzeti xəbər verib.

Məlumata əsasən, Senat nəqliyyat işçilərinin bayram,
məktəblilərin yay tətili, seçkilər və ölkə əhəmiyyətli tədbirlər
zamanı tətil keçirməsini qadağan edib. Bundan başqa, qanun
layihəsinə görə, pik saatlarında minimal xidmət təmin
edilməlidir.

Ekspertlərin fikrincə, Senat bu yolla nəqliyyat işçilərinin
Paris Olimpiadası zamanı planlaşdırdığı tətilin qarşısını almağa
çalışır.