
Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan
bayramı münasibətilə paylaşım edib.
Trend xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:
“İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş
əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması
münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını
səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah
niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz
duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız
mübarək!”.





























