Advertisement

Yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs tutuldu (FOTO)

Bakı. Trend:

Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs
saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600
manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən
Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.

Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10
evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat
materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da
müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən
mənzillərdən oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.