
Bakı. Trend:
Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, “Nexia” markalı, 75-BA-227 dövlət qeydiyyat
nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını
kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri
etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək, baxılması üçün rayon
məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada
həbs edilib və 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə
edib.





























