
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiyaya tekstil
və tekstil üçün xammal ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə
19,8 faiz azalaraq, 86,2 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyə Rusiyaya 26 milyon dollar
məbləğində tekstil və tekstil üçün xammal ixrac edib ki, bu da ötən
ilin eyni dövri ilə müqayisədə 34,2 faiz azdır”, – deyə nazirlikdən
vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
tekstil və tekstil üçün xammal ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 0,6 faiz azalaraq 2,4 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil
və tekstil üçün xammal ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 9,1 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammal ixrac
edib.





























