
Bakı. Trend:
2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan Almaniyaya
pul köçürmələrinin həcmi 23,601 milyon dollar təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər
verir ki, bu göstərici 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,92
faiz artıb.
Köçürmələrin ümumi həcmində Almaniyaya edilən transfertlərin
payı 4,3 faiz təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin sonuna fiziki şəxslərdən
Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126
milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan pul köçürmələrinin
həcmi 664,798 milyon dollar təşkil edib.

























