
Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti
İbrahim Rəisi arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, onlar telefon danışığı zamanı Türkiyə ilə İran
arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə
ediblər.
Eyni zamanda, liderlər bir-birini Ramazan bayramı münasibətilə
təbrik ediblər.





























