
Bakı. Trend:
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş
medal qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket
şəhərində keçirilən Dünya Kubokunda nail olub.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu
hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində
211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza
atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun
sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa
vurub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak
edib.





























