Advertisement

Hakan Fidan amerikalı həmkarı ilə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni
Blinkenlə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə
edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, tərəflər
arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Qəzzada humanitar böhran və regional
təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.