Advertisement

Ağstafada minik avtomobili yanıb – Trend.Az

Bakı. Trend:

Ağstafa rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar
hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ətraf ərazilər yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.