Advertisement

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək

Bakı. Trend:

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı
keçirəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə,
aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə
yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa
edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət
edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər
keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı,
güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer
ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız
növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının
təlim-məşq bazasında keçirəcək.