Advertisement

Türkiyənin ən keyfiyyətli nefti Qabarda çıxarılır – Bayraktar

Bakı. Trend:

Türkiyənin ən keyfiyyətli nefti Qabarda çıxarılır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar
deyib.

“Vaxtilə terrorla bağlı olan və əlçatmaz olduğu deyilən Qabar bu
gün neftlə tanınır. Hal-hazırda bölgə təhlükəsizdir və Türkiyənin
ən keyfiyyətli nefti burada çıxarılır.” – deyə nazir bildirib.

O qeyd edib ki, burada neft hasilatı rekordu qırılacaq.