Advertisement

Bədii gimnastlar Sofiyada – Trend.Az

Bakı. Trend:

Aprelin 12-14-də Bolqarıstanın paytaxtı Sofiyada bədii
gimnastika üzrə Dünya kuboku keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan yığması turnirdə 2 idmançı ilə
təmsil olunacaq.

İlona Zeynalova və Mədinə Dəmirova fərdi yarışlarda qüvvəsinin
sınayacaq. Turnir Dünya kuboku çərçivəsində baş tutacaq 5
mərhələdən biridir.

Qeyd edək ki, npvbəti yarış aprelin 19-21-də Bakıda olacaq.