
Bakı. Trend:
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha iki nəfəri
polis saxlayıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik,
mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar
edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam
etdirilir.
“Tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli
Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən
Süleymanov saxlanılıblar.
Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs
edilib.
R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da
əməllərinə hüquqi qiymət veriləcək.
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı
cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd
davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə
çağırırıq”, – məlumatda deyilir.





























