Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3
tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd
müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər
sursatlar aşkar olunaraq götürülüb.