Advertisement

Azərbaycan nefti ucuzlaşdı – Trend.Az

Bakı. Trend:

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan
neftinin qiyməti azalıb.

Trend xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti
0,82 ABŞ dolları və ya 0,88% azalaraq, 92.26 dollar təşkil
edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci
il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci
ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.