
Bakı. Trend:
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli
Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı
universitetlərinin reytinqini (QS World University Rankings by
Subject 2024) açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil
proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə
etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə
dünyanın ən yaxşı 301-340 universitetlərinin siyahısına daxil
olub.
Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və
ekonometrika” proqramı üzrə dünyanın ən yaxşı 351-400, “İctimai
elmlər və menecment” proqramı üzrə isə dünyanın ən yaxşı 501-550
universitetlərinin siyahısına daxil olub.
Qeyd edək ki, müvafiq reytinqin qiymətləndirmə metodologiyasında
5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz,
istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi)
nəzərə alınır.





























